Qırmızı dənizdə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Yəməndən husilərə məxsus təyyarəni atəşə tutub.
Oxu24.com bu barədə hərəkatın nümayəndəsi Məhəmməd Əbdül Salama istinadən xəbər verir.
Qeyd olunur ki, kəşfiyyat təyyarəsinə bir neçə silahdan atəş açılıb.
Onun sözlərinə görə, mərmilərdən biri ticarət gəmisinin yaxınlığında partlayıb.
Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı Qırmızı dənizdə Norveç və Hindistan bayrağı altında üzən iki neft tankerinin pilotsuz təyyarələrin hücumuna məruz qaldığını bildirmişdi.
Nazirlik bildirib ki, dekabrın 23-də Yəmənin husilərin nəzarətində olan ərazilərdən Qırmızı dənizin cənubundakı beynəlxalq dəniz zolaqlarına Husilərə məxsus iki gəmi əleyhinə ballistik raket atılıb.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR