İran Hərbi Dəniz Qüvvələri öz arsenalını “Talaie” və “Nasir” qanadlı raketləri, həmçinin yeni helikopter sistemləri ilə tamamlayıb.
Oxu24.com xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şəhram İrani məlumat verib.
O qeyd edib ki, min kilometrdən çox mənzilli “Talaie” raket sistemi bütün uçuş boyu yeni hədəfləri müəyyən etməyə qadirdir.
“Nasir” dəniz qanadlı raketi 100 km-dən çox məsafədə yerləşən hədəfi vurmaq gücündədir.
Bundan əvvəl İranın hipersəs ballistik raketlərinin yeni nəslini hazırlayacağı məlum olub.
Sentyabrın 3-də İran Hərbi Dəniz Qüvvələrinin baş komandanı kontr-admiral Şəhram İrani bəyan edib ki, tezliklə Hərbi Dəniz Qüvvələrinə qoşulacaq “Dəmavənd 2” esminesi hipersəs raketləri ilə təchiz olunacaq.
Bundan əvvəl İranın ali dini lideri Ayətullah Əli Xamenei Qərb ölkələrinin İranın nüvə proqramının inkişafına mane olmağa çalışdığını bildirib.
Bundan əvvəl məlum olmuşdu ki, Rusiya və İran tezliklə dövlətlərarası saziş imzalaya bilər.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR