Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99792
az

Milli Hidrometeorologiya Xidməti əhaliyə xəbərdarlıq edib

16:2124 Dekabr, 2023
356
REDAKTORUN SEÇİMİ
  • A

Dekabrın 23-də günün ikinci yarısından ölkə ərazisində dəyişən hava şəraiti ilə əlaqədar əhalini ehtiyatlı olmaq, yüngül konstruksiyalı müvəqqəti tikililərdən uzaq durmaq, reklam lövhələri və hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Oxu24.com  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, güclü küləklə müşayiət olunan yağıntılı hava şəraiti dekabrın 25-i gündüzədək davam edəcək.

G.Məmmədova xatırladıb ki, şimal-qərbdən hərəkət edən soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində dekabrın 23-də günün ikinci yarısından hava şəraiti dəyişib, bəzi yerlərdə güclü qərb küləyi əsib.

"Küləyin maksimal sürəti Tərtər, Naftalanda 32 m/s, Bərdə, Gəncə, Daşkəsəndə 30 m/s, Ağdam, Yardımlı, Tovuzda 28 m/s, Mingəçevirdə 26 m/s, əksər rayonlarda isə 25 m/s-dək güclənib. Bakıda və Abşeron yarımadasında isə 24 m/s-yə çatıb. Güclü külək nəticəsində bəzi rayonlarda, o cümlədən Gəncə, Tərtər, Bərdə, Qubada fəsadlar yaranıb. Ayrı-ayrı yerlərdə isə yağış yağıb, dağlıq rayonlara yağan qar nəticəsində qar örtüyünün hündürlüyü Gədəbəydə 8 sm, Göygöl, Daşkəsən, Ordubadda 3 sm olub", - Proqnozlar bürosunun direktoru əlavə edib.

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun xəbərdarlığına əsasən, dekabrın 24-ü axşamdan 25-i səhərədək qısamüddətə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir. 25-i gündüz isə cənub küləyi arabir 15-18 m/s olacaq.

Dekabrın 25-də gecə və səhər bəzi yerlərində arabir yağıntılı olacağı, Abşeron yarımadasının şimalında yağışın qısamüddətə sulu qarla qarışıq yağma ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enəcək.

Azərbaycanın rayonlarında dekabrın 25-i səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Qarabağ və Şərqi Zəngəzur) yağıntıların intensiv olacağı ehtimalı var.

Qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, ayrı-ayrı yerlərdə arabir 32-37 m/s-dək güclənəcəyi gözlənilir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

70 kq qızılla tutulan Qəhrəman Məmmədov - FOTO
"Ərim sağ olsa da, onu itirməyə görə təqaüd almışam"
Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yaydı

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+