Qaraciyər xəstəliklərinin əksəriyyəti son mərhələyə kimi simptomsuz olmur. Sadə dildə desəm, qaraciyər səssiz orqandır-dərdini deyə bilmir. Lakin bəzi əlamətlərə diqqət etməklə qaraciyərin vəziyyətindən xəbərdar ola bilərik. Vaxtında tədbir görsək, orqanımızı xilas edə bilərik. Ona görə elə indi, bu videonu yaxınlarınıza maksimum şəkildə göndərin ki, problemi olanlar, öncədən bilib, qarşısın alsınlar.
Qaraciyər insanın ən böyük daxili orqanıdır. Diafraqmanın altındakı qarın boşluğunda, sağda yerləşir. Nadir hallarda solda da ola bilər. Qaraciyərin funksiyalarının pozulması həyat üçün təhlükə yaradır. Qaraciyər, təxminən, 500 müxtəlif funksiyanı yerinə yetirir. İndi özünüz təsəvvür edin bu funksiyaların pozulması zamanı bədənimizdə nə olacağını...
Qaraciyər, demək olar ki, hər bir orqanın fəaliyyətinə təsir göstərir:
Qaraciyər bağırsaqlar tərəfindən mənimsənilən qidanın emalına, seçilib ayrılmasına məsuldur. Məsələn; qana lazım olan maddələri o ötürür;
Metabolik reaksiyalar nəticəsində orqanizmdə əmələ gələn toksinləri zərərsizləşdirir, onların harada saxlanacağına və ya necə çıxarılacağına “qərar verir”;
Bütün növ maddələr mübadiləsində - zülalların, yağların, karbohidratların mübadiləsində iştirak edir;
Yalnız qaraciyərdə bədən üçün lazım olan albumin proteini və bir çox qan laxtalanma faktoru istehsal olunur;
Orqanizm üçün enerji mənbəyi olan qlikogen də qaraciyərdə əmələ gəlir və toplanır;
Qaraciyər vitaminlərin və mikroelementlərin mübadiləsində iştirak edir;
Qaraciyərin istehsal etdiyi öd suyu həzm prosesləri üçün çox vacibdir;
Normal işləyərkən qaraciyər özündə yarım litrdən çox qan depolayır. Bu, dövr edən qanın lazımi həcmini və qan dövranına məsul orqanların fəaliyyətini normada saxlayır. Üstəlik, hər hansı problem baş verərsə, orqanizmin qəfil qan itkisi ilə üzləşməsinin qarşısını alır;
Qaraciyərin müalicəyə ehtiyacı olub-olmadığını necə bilmək olar?
Qaraciyərdə problem olduğunu göstərən əlamətlər bunlardır:
-ümumi zəiflik;
-xroniki yorğunluq;
-bədən istiliyinin artması;
-qarında şişkinlik;
-iştahsızlıq;
-ağızda acılıq;
-insanın özünü ağır hiss etməsi;
-sağ hipokondriyumda ağrı;
-dərinin, selikli qişaların və skleranın saralması;
-nəcisin və sidiyin rənginin, qoxusunun dəyişməsi;
-dəridə anidən peyda olan səpkilər;
Ev şəraitində qaraciyərin təmizlənməsi üsulları
Ev şəraitində artıq sınanmış üsullardan istifadə edərək qaraciyəri toksinlərdən təmizləyə bilərsiniz. Bu üsulların tətbiqi zamanı orqanın funksiyası da normallaşır. Vurğulamaq istəyirəm ki, üsullara dəqiqliklə əməl edilməlidir. Təxirə salınan, yaxud əməl olunmayan ən kiçik bir nüans belə, effektiv nəticədən əl üzmək deməkdir. Bir şeyi də unutmayın ki, bu üsulları tətbiq etməyə başlamamışdan 2-3 həftə əvvəl rasiona diqqət edilməlidir. Qaraciyəri yükləyəcək qidalardan uzaq durmaq lazımdır. Məsələn; qızardılmış, hisə verilmiş ət məhsullarını, yağlı, duzlu qidaları, un məmulatlarını və spirtli içkiləri rasiondan çıxartmalısınız. İndi də keçək qaraciyərin təbii şəkildə təmizlənməsi üsullarına:
Alaqanqal bitkisi həm xalq, həm də ənənəvi tibdə qaraciyərin fəaliyyətini yaxşılaşdıran, qaraciyəri təmizləyən bitki kimi tanınır və istifadə olunur.Bundan əlavə, alaqanqal orqanizmi ziyanlı maddələrdən, toksinlərdən təmizləyir, artıq mayeni xaric edir, piylərin parçalanmasını sürətləndirir, iştahanı azaldır. Alaqanqalın bu xüsusiyyətləri arıqlamağa kömək edir.Hepatoprotektor kimi qaraciyər xəstəliklərində (hepatit və sirrozlarda), dalaq xəstəliklərində, öd yollarının iltihabında, öddaşı xəstəliyində, kolitlərdə, xolesistitlərdə, şəkərli diabetdə və s. xəstəliklərdə istifadə edilir.
Aalaqanqalın istifadəsi haqda məşhur Fitoterapeft Fizuli Hüseynov onun toxumlarını üyüdüb istifadə etməyimizi tövsiyyə edir. Birinci üsul - 600 qram alaqanqal toxumunu üyüdün, acqarına gündə 3 dəfə, bir çay qaşığı ağzınıza qoyub, üzərində su için. Digər bir üsul - 2 xörək qaşığı alaqanqal toxumunu 3 stəkan suda 5 dəqiqə qaynadırıq. 15-20 dəq dəmdə saxlayandan sonra süzüb, gündə 3 dəfə yemək əvvəl bundan 1 stəkan içirik. Üçüncü üsul isə alaqanqalla hazırlanan məcundur. Bunun üçün bizə 300 qram alaqanqal və 1 kq bal lazımdır. Alaqanqalı toz halına salıb, balla qarışdırırıq. Gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı qəbul edirik. Məcun bitənə kimi istifadə edirik.
Oxu24.com
ŞƏRHLƏR