Amerikalı multimilyarder İlon Mask Argentina litiumunu almaqda maraqlı olduğunu bildirib.
OXU24.COM xəbər verir ki, bu barədə Argentinanın bu yaxınlarda seçilmiş prezidenti Xavyer Miley yerli Canal 13 telekanalında məlumat verib.
“Elon Mask mənə zəng etdi. Litiumla çox maraqlanır. ABŞ hökuməti və bir çox ABŞ şirkətləri də çox maraqlıdır”, - Milley bildirib.
Bununla belə, Argentina prezidenti qeyd edib ki, xarici bizneslər “yerli siyasətçilər tərəfindən soyulmaq” riski səbəbindən ölkəyə investisiya qoymaqdan qorxurlar.
Argentina Boliviya və Çili ilə birlikdə "litium üçbucağının" bir hissəsidir, dünya litium ehtiyatlarının yarısından çoxunu təşkil edir. Metal, İlon Maskın Tesla şirkəti də daxil olmaqla, elektrikli avtomobil akkumulyatorlarının istehsalında geniş istifadə olunur.
Ötən il milyarder litium hasilatına investisiyaların artırılmasının vacibliyini açıqlamışdı.
Əvvəllər Tesla əmtəə treyderi Glencore-da 20%-ə qədər pay almaq üçün danışıqlar aparırdı.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR