Cümə günü axşam İraqda türk hərbçilərinə qarşı hücumdan sonra İraqın şimalında və Suriyada terrorçu Kürdüstan Fəhlə Partiyasından ən azı 12 yaraqlı öldürülüb.
Oxu24.com xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
“Bu günə qədər İraq və Suriyanın şimalında 12 terrorçu məhv edilib. Onlara qarşı mübarizə sonuncu terrorçu məhv edilənə qədər davam edəcək”, - Türkiyə prezidenti qeyd edib.
Şənbə günü, dekabrın 23-də Türkiyə Müdafiə Nazirliyi dekabrın 22-də İraqın şimalında PKK yaraqlılarının hücumu və ondan sonrakı döyüş nəticəsində 6 əsgərin həlak olduğunu bildirib.
Müəllif: Miri
Oxu24.com
ŞƏRHLƏR