İsrail Müdafiə Qüvvələri (IDF) ölkənin şimalında Kibbutz Manara bölgəsində hava hücumu xəbərdarlığının səsləndiyini bildirib.
Oxu24.com xəbər verir ki,Ordunun mətbuat xidməti bu barədə özünün Telegram kanalında məlumat yayıb.
Dekabrın 20-də bildirilib ki, HƏMAS radikallarının İsrailə hücum etdiyi 7 oktyabrdan bəri İsraildə ilk dəfə həyəcan təbili çalmayıb.
Daha əvvəl bildirilmişdi ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Dövlətləri Liqasının (LAS) təmas qrupu Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həlli üçün yeni plan hazırlayıb.
Layihə BMT Təhlükəsizlik Şurasının üzvü olan beş ölkəyə təqdim edilib. Söhbət “Türkiyə planı” deyilən plandan gedir. O, hərbi əməliyyatların tam dayandırılması da daxil olmaqla 11 bənddən ibarətdir.
Planın müəllifləri hesab edirlər ki, Qəzza zolağında axan qanı yalnız tam atəşkəslə dayandırmaq olar.
Bundan əvvəl BMT İsraildən Qəzzada döyüşləri dayandırmağı tələb edib.
Müəllif: Afət
Oxu24.com
ŞƏRHLƏR