Fransanın şərqində hüquq-mühafizə orqanlarının əməkdaşları terror aktı hazırlamaqda şübhəli bilinən 5 nəfəri saxlayıb.
Oxu24.com xəbər verir ki,bu barədə “L'Est Republicain” qəzeti yazır.
Şübhəlilər dekabrın 22-də günortadan sonra Mert və Mozel departamentinin üç kommunasında saxlanılıblar.
Məlumata görə, saxlanılan şəxslər üçüncü şəxslərin sağlamlığına və həyatına qəsd etmək məqsədi ilə “bir və ya bir neçə cinayət hazırlamaq məqsədi ilə cinayətkar terror qruplaşması yaratmaqda” şübhəli bilinirlər.
İstintaq Milli Antiterror Prokurorluğu tərəfindən aparılır.
Mənbənin dediyinə görə, hazırda şübhəlilərin planları barədə məlumatı açıqlamaq mümkün deyil. Saxlanılanların hamısı artıq nəzarətə götürülüb.
Bundan əvvəl Avropa Komissiyasının daxili işlər üzrə komissarı Ylva Yohansson bildirmişdi ki, Yaxın Şərqdəki böhran və Avropa cəmiyyətinin qütbləşməsi səbəbindən Avropa İttifaqında Yeni il bayramları zamanı terror aktları riski artacaq.
O, Yaxın Şərq probleminin və onun ətrafında yaranan terror təhlükəsinin Aİ Daxili İşlər Nazirləri Şurasının müzakirə mövzularından birinə çevriləcəyinə aydınlıq gətirib.
Müəllif: Miri
Oxu24.com
ŞƏRHLƏR