İraqın şimalında separatçı terror təşkilatının həyata keçirdiyi hücumun qarşısını alarkən 3 türk əsgəri şəhid olub, 4-ü isə yaralanıb.
OXU24.COM xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Bu gün İraqın şimalında separatçı terror təşkilatı üzvlərinin həyata keçirdiyi hücum və sonrakı təmasda 3 qəhrəman yoldaşımız şəhid olub, 4 yoldaşımız isə yaralanıb. Separatçı terrorçuya qarşı əməliyyatlar çərçivəsində təmas davam edir. Bölgədə müəyyən edilmiş hədəflərə və terrorçuların qaçış istiqamətlərinə qarşı qəfil hava əməliyyatları həyata keçirilir: "İlkin təsbitlərə görə, 4 terrorçu zərərsizləşdirilib", - deyə, nazirliyin verdiyi açıqlamada bildirilib.
ŞƏRHLƏR