Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99717
az

Kapital Bank-ın növbəti  “Data Talks” tədbiri yekunlaşdı

15:2422 Dekabr, 2023
156
CƏMİYYƏT
  • A

Kapital Bank-ın növbəti  “Data Talks” tədbiri yekunlaşdı 

Xəbər verdiyimiz kimi Kapital Bank və “SUP.VC” şirkəti birlikdə müasir dövrün aktual mövzusu olan verilənlər bazası ilə bağlı tədbirlər həyata keçirir. İl sonunadək davam edəcək  layihənin “Data talk” formatında növbəti tədbiri baş tutdu. Ötən gün keçirilən tədbirdə iştirakçılar suallarla spikerlərə müraciət edib, tövsiyələr ala bildilər.

Tədbirdə dayanıqlı məlumat bazaları ilə bağlı “Sığorta hadisələrinin idarə edilməsi prosesinin avtomatlaşdırılması” və “Risk modellərinin idarə edilməsi” kimi müxtəlif mövzular müzakirə edildi.

Peşəkar mütəxəssislərlə yanaşı data sahəsinə marağı olan şəxslərin də iştirak etdiyi tədbirin ilk eksperi Kapital Bank-ın Analitika ekspert mərkəzinin data elmi üzrə eksperti Cavid Hüseynov oldu. Risklərin idarə edilməsi və modelləşdirmə üzrə böyük təcrübəyə sahib Cavid Hüseynov Azərbaycan-Fransız Universitetində kompüter elmləri üzrə təhsil alıb. Karyerasına ilk olaraq “Neuroil” şirkətində süni intellekt üzrə mühəndis kimi başlayıb. Daha sonra fəaliyyətini “Unibank”da risk modelləri üzrə mütəxəssis kimi davam etdirib. Bu müddət ərzində pərakəndə və biznes istiqamətləri üzrə skorinq modellərinin qurulmasında iştirak edib. 2021-ci ildən etibarən fəaliyyətini Kapital Bank-da davam etdirir.

“PAŞA Sığorta”nın Data elmləri istiqamətinin rəhbəri Ülvi Salman da tədbirin eksperti idi. O, Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadi təhlillər ixtisası üzrə təhsil alıb. Karyerasına “Azərsun Holdinq”də data mütəxəssisi kimi başlayıb. Risk modelləri üzrə geniş araşdırmaların müəllifidir. 2022-ci ildən fəaliyyətini “PAŞA Sığorta” da davam etdirir.

Kapital Bank-ın bu təşəbbüsü verilənlər bazası sahəsində peşəkar olan və sahəyə marağı olan, özünü inkişaf etdirmək istəyən şəxslər üçün həm təcrübə mübadiləsi, həm də yeni tanışlıqların yaranması üçün böyük imkanlar yaradır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna Kurska bir saat ərzində 15 PUA göndərdi
Bakıda kişi hamilə arvadını xəstəxanaya atıb XARİCƏ QAÇDI
İmişlidə dəhşətli qəza: Ata və oğlu öldü - Fotola

Pentaqonun UFO Ofisi bir ildə 700-dən çox hesabat aldı - The Hill

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Paşinyan saqqalını qırxdı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Oğlu öldürülən anaya verilişə çıxdığına görə- Xəbərdarlıq