Qaynar xətt:

(+99450) 247 90 86

300 metr hündürlükdən dərəyə düşən turist sağ qalıb

DÜNYA

238

21.12.2023, 17:37

ABŞ-da turist 300 metr hündürlükdən dərəyə yıxılaraq sağ qalıb.

 

Oxu24.com  xəbər  verir  ki, bu  barədə  New York Post yazır.

 

Hadisə   dağlarda uçqun zamanı baş verib.

 

Səlahiyyətlilər bildiriblər ki, axtarış-xilasetmə qrupu, ondan təcili yardım çağırışından sonra onu axtarmağa başlayıb.

 

Zirvə yaxınlığında itkin düşən 30 yaşlı səyahətçinin izlərini tapan xilasedicilər uçqunun baş verdiyi ərazidə axtarışlara başlayıblar.

Bu zaman mütəxəssislər daşların yanında sayrışan işığı görüblər - siqnalı dərəyə düşmüş itkin düşən turist verib.

 

Bundan sonra zərərçəkmiş helikopterlə təxliyə edilərək ən yaxın xəstəxanaya çatdırılıb və ona lazımi yardım göstərilib.

 

Klinika qeyd edib ki, alpinist qolunu sındırıb, hipotermiya və bir neçə geniş cızıqlar alıb.

 

Müəllif: Nigar