Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var.
OXU24.COM Trend-ə istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisində qeydə alınıb.
Belə ki, Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisində "Prado" markalı avtomobil "Qazel"lə toqquşub. Qəza nəticəsində 1 nəfər hadisə yerində ölüb. İki nəfər - Laçın rayon sakinləri, 1995-ci il təvəllüdlü Ağayev Şəfa İmdad oğlu və 1987-ci il təvəllüdlü Məmmədov Dəyanət Məhərrəm oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hazırda ölənin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR