Xankəndidə Azərbaycan Prezidenti İlham Əliyevin qarşısında futbol oyununda çıxış etmək çox gözəl hissdir.
OXU24.COM xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə deyib
"Oyuna gəldikdə isə çətin keçdiyini deyə bilərəm. Qələbə qazandığımız üçün xoşbəxtik", - deyə o əlavə edib.
Qeyd edək ki, bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.Günün ilk matçı Xankəndidə olub. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 30 ildən sonra keçirilən ilk futbol matçı kimi tarixə düşəcək görüş saat 14:00-da başlayıb. Oyun "Qarabağ"ın qələbəsi ilə 1-0 başa çatıb.
Oxu24.com
ŞƏRHLƏR