Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9966
az

Bakıda oğlan elçi getdiyi qızı və anasını güllələdi – Təfərrüat

18:3115 Fevral, 2019
777
KRİMİNAL
  • A
 Balaxanıda baş verən hadisədə qız ölüb, ananın isə barmaqları kəsilib

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirləndirilən Sabir Qədimovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Elçi getdiyi qızı və anasını güllələyən Sabir Qədimovun məhkəməsi başlayıb. Bizimyol.info xəbər verir ki, hadisə ötən il Sabunçu rayonunun Balaxanı qəsəbəsində baş verib.

20 yaşlı Sabir Qədimovun ailəsi Cəfərovlar ailəsinin 18 yaşlı qızı Aytən Cəfərovaya elçi gedib. Elçilik məclisindən sonra Sabir Qədimov Aytən Cəfərovanın yaşadığı evə gələrək onunla mübahisə edib. Mübahisədən sonra o, babasına məxsus ov tüfəngini götürərək yenidən A.Cəfərovanın yaşadığı evə gedib. O, tüfənglə A.Cəfərovanın başına və bədəninə atəş açıb. Aytənin anası – 1962-ci il təvəllüdlü Esmira Cəfərova Sabirin qarşısını almaq istəyən zaman əlindən və çiynindən güllə yarası alıb.

Hadisə vaxtı evdə A.Cəfərovanın bacısı da olub. O, dərhal bu barədə polisə məlumat verib. S.Qədimov hadisə yerindən qaçaraq gizlənib.

Yaralılar xəstəxanaya yerləşdirilib. Ananın həyatını xilas etmək mümkün olub. Onun sağ əlinin üç barmağı travmatik amputasiya edilib. Aytən Cəfərova isə kəllə və döş qəfəsinin arxa səthindən aldığı güllə yaralarından dünyasını dəyişib.

Bakı Ağır cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Baxış iclası fevralın 25-nə təyin edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

5 otaqlı evdə yanğın oldu
Şokolad oğurlayan qızını dəmirlə döydü, hamilə arvadını... - İNANILMAZ QƏTL
ABŞ-da xüsusi təlim keçmişdi: Terror təşkilatının kritik adı MİT tərəfindən belə zərərsizləşdirildi - Anbaan VİDEO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi