Lənkəran rayonunda şəhid baş leytenant Samid Əkbərovun anası Zərifə Əkbərova dünyasını dəyişib.
OXU24.COM xəbər verir ki, o, 65 yaşında vəfat edib.
Qeyd edək ki, Samid Əkbərov 23 yanvar 1983-cü ildə Lənkəran rayonunun Boladi kəndində dünyaya gəlib. 2000-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub.
8 noyabr 2008-ci il tarixində Füzuli rayonunun Seyidəhmədli kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində şəhidlik zirvəsinə ucalıb.
Oxu24.com
ŞƏRHLƏR