Ukraynanın Dnepr şəhər şurası Sov.İKP MK-nın keçmiş baş katibi Leonid Brejnevdən “Dneprin fəxri vətəndaşı” titulunu əlindən alıb.
Oxu24.com xəbər verir ki,“Leonid Brejnev “Dneprin fəxri vətəndaşı” titulundan məhrum edilib. Çünki biz şəhərin dekommunizasiyasını da başa çatdıracağıq. Kim nə deyirsə desin”, - bu barədə şəhərin meri Boris Filatov öz Facebook səhifəsində yazıb.
Brejnev 1907-ci ildə Dnepropetrovsk vilayətində anadan olub və İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra bir neçə il Kommunist Partiyası Dnepropetrovsk vilayət və şəhər komitələrinin 1-ci katibi olub.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR