İsrail ordusu Livanın cənubundakı sərhəd bölgəsini ağır artilleriya atəşi, daha sonra isə ağ fosfor bombaları ilə vurub.
Oxu24.com xəbər verir ki,AA-nın sərhəd bölgəsindəki müxbirinin verdiyi məlumata görə, İsrail qüvvələri əvvəlcə Livanın Kefr Şuba və Halta qəsəbələri arasındakı dağlıq bölgəni ağır artilleriya atəşi ilə hədəfə alıb.
Daha sonra İsrail dəfələrlə atdığı sıx ağ fosfor bombaları ilə eyni bölgəni vurdu.
Hücumdan sonra uzun müddət Kefr Şuba və Halta şəhərlərinin səmasında ağ duman kütləsi görünüb.
Digər tərəfdən Livanın rəsmi agentliyi NNA-nın xəbərinə görə, İsrail sərhədin başqa bir hissəsində yerləşən Yarin, Mervahin, Nakura və Jebel Lebbune qəsəbələrinə artilleriya atəşi ilə hücum edib.
Livan-İsrail sərhədində oktyabrın 8-dən bu yana davam edən qarşıdurmalarda indiyədək 117 Hizbullah üzvü, 24 Livan vətəndaşı, 5 İsrail vətəndaşı və 6 İsrail əsgəri həlak olub.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR