Moldova nəhayət 2024-cü ilin sonuna qədər MDB-dən çıxacaq.
Oxu24.com xəbər verir ki,bunu dekabrın 20-də respublika parlamentinin xarici siyasət və Avropaya inteqrasiya komissiyasının rəhbəri Doina German bildirib.
“Biz bu yaxınlarda müdafiə və təhsil sahəsində üç sazişi denonsasiya etdik. Demək olar ki, son mərhələdəyik. Biz qarşımıza məqsəd qoymuşuq ki, 2024-cü ilin sonuna qədər hər şeyi başa çatdıraq”, – deyə Sputnik Moldova onun sözlərini sitat gətirir.
Onun fikrincə, Moldova MDB-dən çıxmaqdan iqtisadi zərər görməyəcək və hətta bundan faydalanacaq, çünki o, təşkilata töhfələr ödəməli olmayacaq.
O, müxalifətin bu barədə narahatlığını “manipulyasiya və dezinformasiya” adlandırıb.
Müəllif: Miri
Oxu24.com
ŞƏRHLƏR