İstanbulun Şişli şəhərində sevgilisindən hamilə qalan 22 yaşlı qadın hamiləliyinin 7-ci ayında evinin hamamında uşaq dünyaya gətirib.
OXU24.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadın doğuşdan sonra körpəni 3-cü mərtəbədən binanın içərisinə atıb.
Aradan 20 gün keçib və ətrafa pis qoxular yayılıb
Qoxudan narahat olan mənzil sakinləri 20 gündən sonra mənzilin ərazisində dəhşətli mənzərə ilə qarşılaşıblar.
Binaya enən sakinlər körpənin cəsədini tapıblar.
Araşdırmalardan sonra saxlanılan 22 yaşlı qadın həbs edilib.
ŞƏRHLƏR