Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
996
az

Nazim İbrahimovun vəzifəsini millət vəkili tutdu - DOSYE

20:4023 Aprel, 2018
1356
SİYASƏT
  • A
 Prezident İlham Əliyev Fuad Rauf oğlu Muradovu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edib. O, bu vəzifədə Nazim İbrahimovu əvəzləyib.

Oxu24.com xəbər verir ki, Fuad Muradov 1979-cu il iyulun 22-də Bakı şəhərində anadan olub. 1986-1996-cı illərdə Bakıdakı 6 saylı orta məktəbdə təhsil alıb. 2000-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının su təminatı və idarəetmə fakültəsini bitirib. 2000-2002-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında TEMPUS proqramı çərçivəsində " sənayesində ətraf mühitin qorunması" ixtisası üzrə magistr dərəcəsini alıb. 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun aspirantıdır.

1999-2001-ci illərdə "Ümidli Gələcək" Gənclər Təşkilatının təsisçisi və vitse-prezidenti olub. 2000-2004-cü illərdə Azərbaycan Ekoloji Layihələr Mərkəzinin baş ekoloqu, 2003-cü ildə "Təşəbbüs" Xeyriyyə İctimai Birliyinin təsisçisi olub. 2003-2cü illərdə Avropa Gənclər Forumunun maliyyə-nəzarət komissiyasının sədri olub, 2002-2004-cü illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi vəzifələrində çalışıb.

2004-cü ilin mayından Gənclərin Sosial İnkişafı və Səmərəli Məşğulluğun Təmin Edilməsi Koalisiyasının koordinatorudur. 2004-cü ilin martından Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədridir. 2005-ci ildə Dialoq və Əməkdaşlıq naminə İslam Konfransı Təşkilatı Gənclər Forumunun Avropa ölkələri üzrə əlaqələndiricisi seçilib. 2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvüdür.

2005-ci ildə Azərbaycan Respublikası III çağırış Milli Məclisinin deputatı seçilib. Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü olub. Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavini, Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Belçika, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Hindistan, Azərbaycan-Küveyt, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüd olub.

2010-cu ildə Azərbaycan Respublikası IV çağırış Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvüdür. Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavinidir. Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-ABŞ, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. 2011-ci ildən "Avronest” Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin həmsədridir.

2015-ci ildə Azərbaycan Respublikası V çağırış Milli Məclisinin deputatı seçilib. Parlamentin Gənclər və idman komitəsinin sədri və Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvüdür.

Bitərəfdir. Evlidir, 2 övladı var.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Himni dəyişmək istəyən deputat: “Mən indi camaatın içinə necə çıxım, məni gör nə günə qoydular”
Səlim Müslümova yeni vəzifə verildi
Tələbə xanəndə Mehriban Əliyevadan kömək istəyir-MÜRACİƏT

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Dələduzluğa görə axtarışda olan 5   nəfər   tutuldu