Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99597
az

“Ölkənin 300 məktəbində ağıllı saat və telefonlar qadağan edilib”

19:5619 Dekabr, 2023
386
CƏMİYYƏT
  • A

“Bu gün bir neçə onlayn mediada Azərbaycanın ümumi təhsil müəssisələrində şagirdlərə dərsə mobil telefon gətirməyə qadağa qoyulması barədə məlumatlar yayılıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi olaraq məlumatın təhrif edildiyini və yayılan xəbərin reallığı əks etdirmədiyini bildiririk”.

Bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, ötən tədris ilinin ikinci yarımilindən başlayaraq ölkənin 300 məktəbində “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” tətbiq edilib:

“Həmin qaydalara əsasən, şagird ağıllı saat və telefonları, həmçinin digər elektron cihazları məktəbə gətirməməli və dərs zamanı istifadə etməməlidir. Şagird, əgər məktəbə gəlib-getməsi üçün təhlükəsizliyinin təmin olunması məqsədilə telefon gətirirsə, həmin telefon şagirddən alınaraq təhlükəsiz yerdə saxlanılır və dərs məşğələləri bitdikdən sonra ona geri qaytarılır.

Bir daha yekun olaraq bildiririk ki, bu qayda yalnız pilot olaraq seçilmiş 300 məktəbdə tətbiq edilir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Siqaret çəkmək haramdır? - AÇIQLAMA
"ChatGPT" bütün dünyada sıradan çıxdı
Polis Abşeronda əməliyyat keçirdi: 11 nəfər saxlanıldı

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Goranboyda 57 yaşlı kişi özünü asdı