Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri “383 min” ukraynalı öldürülüb və yaralanıb.
Oxu24.com xəbər verir ki,Bu barədə idarənin rəisi Sergey Şoyqu Müdafiə Nazirliyinin kollegiya iclasında məlumat verib.
O iddia edir ki, iyunda əks-hücum başlayandan bəri Ukrayna bölmələri guya “159 min insan” itirib və eyni zamanda Rusiya ordusunun taktiki müdafiə zonasını aşa bilməyib.
Rusiyalı nazirin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşən xarici muzdlular da böyük itki veriblər.
Ümumilikdə onların itkiləri 5800 nəfərə çatıb.
Şoyqu deyir ki, xaricdən gələnlərin əksəriyyəti Polşa, ABŞ və Böyük Britaniya vətəndaşlarıdır.
Müəllif: Miri
Oxu24.com
ŞƏRHLƏR