İlk insan yaranandan bu günə qədər neçə milyon insan dünyasını dəyişib? Təbii ki, hər nə olursa olsun, sonumuzun ölüm olduğunu bilirik. Bəs sonumuzun ölüm olduğunu biliriksə, ölüm haqqında nələr bilirik?OXU24.COM MARAQLI FAKTI TƏQDİM EDİR:
ÖLÜMLƏ BAĞLI 18+
VİDEONU LİNKDƏN İZLƏYƏ BİLƏRSİNİZ
İnsan ölümdən qorxduğu qədər onun haqqında məlumatsızlıqdan əziyyət çəkir. Ölümün bir neçə növləri vardır: bioloji ölüm, tam ölüm.
“Ölümün sirləri”nə nəzər yetirək:
İnsanlıq tarixinin başlanğıcından etibarən orta hesabla 100 milyard insanın öldüyü təxmin edilir. Hansı şəraitdə ölməsindən asılı olmayaraq hər bir canlının ölümünə səbəb oksigen çatışmazlığıdır.
İnsan beyni öldükdən sonra 20 saniyəyə qədər şüurunu itirmir. Bir hamam böcəyi isə başı olmadan 9 gün yaşaya bilir.
Bəzi insanlar, hətta əksər insanlar fikirləşirlər ki, intiharların əksəriyyəti tətil vaxtlarında baş verir. Əksinə, tətil dönəmindən sonra daha çox intihar hadisələri reallaşır.
Ölülərin dəfn edilmədən əvvəl yandırılması deyilənlərə zidd olaraq ətraf üçün faydalı deyil. Əgər insan bədəni yandırılarsa, ətrafa ən zərərli qazlar ixrac olar. Ölülərin yandırılması prosesinin yayılması gələcəkdə ciddi ekoloji problemlərə, fəsadlara gətirib çıxara bilər.
İdmanla məşğul olan 200 min nəfərdən biri hər il qəflətən həyatını itirir. Bəs buna səbəb nədir? Bu cür ölüm hadisələrinin əksəriyyəti futbol və basketbol oynayarkən baş verir. Əgər müqayisə etmiş olsaq, görərik ki, kişi idmançılarda qadın idmançılara nisbətən bu kimi hal 5 dəfə daha çoxdur.
1951-ci ildən etibarən demək olar ki, heç bir amerikalı yaşlılıq səbəbindən dünyasını dəyişməyib. Həmçinin, ABŞ-da insanların 80%-i xəstəxanada ölür.
Hindistandakı zərdüştlər ölülərini qırğıların yeməsi üçün açıq havada saxlayırlar. Qırğıların çoxu isə insan və heyvan leşi yedikləri üçün ölürlər.
Çinli bir ailənin dəfn mərasiminə nə qədər çox insan gəlirsə, ailə şanslı sayılır. Dəfn mərasiminə gələnlərin sayını artırmaq üçün həmin mərasimə rəqqaslar belə dəvət edilir.
Madaqaskar sakinləri ölülərin sümüklərini torpağın altından çıxarıb, qəsəbənin ətrafında bir dəfə gəzdirdikdən sonra yenidən basdırırlar. Onlar bu mərasimə “famadihana” deyirlər.
XIX əsrdə Misirdə dəmiryolu şirkətləri torpağın altından xeyli sayda mumiya çıxarıb lokomotivlər üçün yanacaq əldə ediblər.
Nyu-Yorkda intihar edənlərin sayı cinayət qurbanlarının sayından olduqca çoxdur.
İsveçdə “Promessa” adlı şirkət ölü bədəni maye nitrogen içində doldurur və qarğıdalı nişastasından hazırlanan xüsusi bir tabut içində torpağa basdırır. Buna “ekoloji dəfn” deyilir.
Ölümdən sonra 3 gün içində insanın axşam yeməyini həzm etməsi üçün yardımçı olan hüceyrələr insanı yox etməyə başlayır. Pozulan hüceyrələr bakteriyaların bəslənməsinə səbəb olur və insan vücudu qısa bir müddət sonra çürüyür.
Bütün dillərdə ölmək kəliməsinin sinonimi var. Heç bir mədəniyyət birbaşa “ölmək” sözünü istifadə etməyi seçmir. Hər mədəniyyətin bu sözü qarşılayan bəzi deyimləri vardır. Məsələn, ana dilimizdə daha çox “vəfat etdi”, “dünyasını dəyişdi”, “dünyadan köçdü” kimi ifadələrdən istifadə edirik.
Ölüm haqqında məşhur insanların fikirlərinə nəzər salaq:
Sokrat ölüm ayağında etiraf edir ki, o fəlsəfənin təyinatını hər şeydən əvvəl insanın özünü ölümə hazırlamasında görür.
Məşhur yazıçımız Anar:-İnsanlar ölərkən birdəfəlik ölmürlər, tamam yox olmurlar, nə qədər ki, onları xatırlayan, onların səslərini, sifətlərini yaddaşında saxlayan adamlar durur, bu ölənlər də yaşayırlar-fikirlərdə, xəyallarda, təsəvvürlərdə…
Hüseyn Cavid:-Ölüm var ki, həyat qədər dəyərli,
Həyat var ki, ölümdən də zərərli.
Məşhur atalar sözlərimizin birində deyilir:-Ölüm haqdır.
Nə qədər yaşamağımızdan asılı olmayaraq daim gözəl və mənalı yaşamağa səy göstərək.
Oxu24.com
ŞƏRHLƏR