İslamda bir müsəlmanın özünün belə bilərək, heç bir məcburiyyət olmadan, qəzaya buraxdığı namazlarının sonradan qəzasını qılması deyə, bir şey yoxdur. Bunun nə Quranda nə də hədislərdə bir əsası yoxdur. Namaz elə bir ibadətdir ki, bu ibadət heç bir səbəbdən ötrü tərk edilə bilməz. Qaldı ki, övladın öz atasının qılmadığı namazlarının qəzasına, bu sonradan bidatçıların uydurduğu cəfəngiyyatlardan biridir ki, əhli şiədə bu çox yayğındır. Allah bu barədə belə buyurur: "Ey insanlar! Rəbbinizdən qorxun. Valideynin övlada, övladın da valideyni naminə heç bir şey ödəyə bilməyəcəyi gündən çəkinin. Bilin ki, Allahın vədi bir həqiqətdir. Olmaya, bu dünya sizi çaşdırmasın, hiyləgər (şeytan) da sizi Allahın (əzabından) arxayınlaşdırıb tovlamasın." (Loğman, 31/33.)
Quranda bu kimi ayələr çox vardır. Allahın bu qədər açıq bildirişlərinə baxmayaraq, özlərini yer üzündə Allahın təmsilçiləri kimi göstərənlər və Onun dediklərinə müxalif fətva verənlərin axirətdə çox çəkəcəkləri vardır.
Oxu24.com
ŞƏRHLƏR