Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının kabinetində naməlum tipli elementlərdən hazırlanmış dinləmə cihazları tapılıb.
Oxu24.com xəbər verir ki, bu barədə RBC-Ukrayna yazır.
“Bu qurğular bu gün binaları işə hazırlayarkən aşkar edilib”, – nəşr öz mənbəsinə istinadən yazır.
Bildirilir ki, qurğular əvvəllər naməlum komponentlərdən yığıldığı üçün quraşdırıcını müəyyən etmək mümkün deyil.
Xatırladaq ki, bir müddət əvvəl Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rüstəm Umerov Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Zalujnının istefasını rədd etmişdi.
Cəbhədəki uğursuzluqlarla yanaşı, Valeri Zalujnı rəsmi Kiyevin, xüsusən də prezident Vladimir Zelenskinin ofisinin nümayəndələrinin tənqidinə səbəb olan bəyanatları ilə tanınır.
Belə ki, noyabrın əvvəlində o, “The Economist” jurnalına müsahibəsində Ukrayna münaqişəsinin dalana dirəndiyini bildirib.
Müəllif: Miri
Oxu24.com
ŞƏRHLƏR