Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99511
az

Daha bir partiya sədri prezidentliyə namizədliyini açıqladı

19:1917 Dekabr, 2023
182
CƏMİYYƏT
  • A

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevin prezidentliyə namizədliyi irəli sürülüb.

Bu barədə qərar BAP Siyasi Şurasında qəbul edilib.

Məlumat üçün bildirək ki, Elşad Musayev siyasi fəaliyyətinə Azərbaycan Milli İstiqlal Partiyasında (AMİP) başalayıb. Elşad Musayev ötən sərin 90-cı illərində AMİP-in baş katibi olub. AMİP-dən ayrıldıqdan sonra – 2005-ci ildə Elşad Musayev BAP-ı təsis edib.

Onu da bildirək ki, bir neçə il əvvəl Elşad Musayevin adı qızlarının Türkiyədəki uğura ilə gündəm olub. Belə ki, partiya sədrinin Günel adlı qızı Türkiyənin Bahçeşehir Universitetini birinciliklə başa vurub və o “Altın beyin” fəxri mükafatı ilə təltif edilib. Elşad Musayevin digər qızı Xeyrənsə Musayeva isə universiteti üçüncülüklə başa vurub.

Qeyd edək ki, daha əvvəl Yeni Azərbaycan Partiyası (YAP) İlham Əliyevin, Böyük Quruluş Partiyası (BQP) isə Fazil Mustafanın prezidentliyə namizədliyini irəli sürüb. Eyni zamanda, Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, deputat Zahid Oruc da prezident seçkilərində namizəd olacağını açıqlayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul
ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
Ümummilli lider Heydər Əliyevin doğum günüdür

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ