Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99506
az

Britaniya və Almaniya Qəzzada atəşkəsə münasibətini açıqlayıb

15:4017 Dekabr, 2023
172
DÜNYA
  • A

Almaniya və Böyük Britaniya Qəzza zolağında dərhal atəşkəsə qarşı çıxdılar, çünki bu, qalıcı olmayacaq; Berlin və London Fələstin-İsrail münaqişəsində uzunmüddətli və davamlı atəşkəsə ehtiyac olduğunu bildiriblər.

 

Oxu24.com  xəbər  verir  ki, Bu barədə Almaniyanın xarici işlər naziri Annalena Barbok və Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronun “Times” qəzeti üçün yazdığı məqalədə deyilir.

 

“Biz inanmırıq ki, indi ümumi və dərhal atəşkəs üçün çağırış etmək, bunun bir şəkildə daimi olacağı ümidi ilə irəliyə doğru yoldur. Bu, İsrailin niyə özünü müdafiə etməyə məcbur olmasına məhəl qoymur: Həmas İsrailə vəhşicəsinə hücum edib və hər gün İsrail vətəndaşlarını öldürən raketlər atmağa davam edir. Həmas silahlarını yerə qoymalıdır”, - XİN rəhbərləri yazıb.

 

Nazirlər qeyd ediblər ki, “məqsəd sadəcə olaraq bu gün hərbi əməliyyatlara son qoymaq ola bilməz” və “günlər, illər, nəsillər davam edən” sülhə ehtiyac olduğunu  açıqlayıblar.

 

Bundan əvvəl ABŞ-ın müttəfiqlərinin davam edən Fələstin-İsrail münaqişəsi fonunda Vaşinqtonun Qəzza zolağında humanitar problemlərin həlli və anklavda mülki əhalinin müdafiəsi üçün kifayət qədər səy göstərməməsindən getdikcə məyus olmağa başladığı bildirilirdi.

 

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Fələstinin özünüidarəsinin yaradılmasına dair razılaşmanı səhv adlandırmışdı.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran Prezidenti Moskvaya səfər edəcək

Putin yenə "Oreşnik"lə HƏDƏLƏDİ: "Lazım gələrsə..."
Rusiyada yeni metro açılacaq

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü