Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.
“Oxu24.com”un məlumatına görə, aşağıdakı şəxslər Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri təyin edilib:
Gənclər və idman naziri – Azad Arif oğlu Rəhimov;
Mədəniyyət naziri – Əbülfəs Mürsəl oğlu Qarayev;
Müdafiə sənayesi naziri – Yavər Talıb oğlu Camalov;
Səhiyyə naziri – Oqtay Kazım oğlu Şirəliyev;
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri – Hicran Kamran qızı Hüseynova;
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri – Mübariz Qəhrəman oğlu Qurbanlı;
Dövlət Statistika Komitəsinin sədri – Tahir Yaqub oğlu Budaqov;
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri – Kərəm Əvəz oğlu Həsənov;
Dövlət Turizm Agentliyinin sədri – Fuad Hümbət oğlu Nağıyev;
Qida Təhlükəsizliyi Agentliyinin sədri – Qoşqar İlahi oğlu Təhməzli;
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi – Arzu Yusif oğlu Rəhimov. Oxu24.com
ŞƏRHLƏR