İki mindən çox Ukrayna yük maşını Polşa ərazisində ölkəyə daxil olmaq üçün gözləyir.
Oxu24.com xəbər verir ki,Bu barədə RBC-Ukrayna məlumat yayıb.
Agentliyin məlumatına görə, avtomobillərin ən çox cəmləşməsi Şeqini-Medıka keçid məntəqəsi ilə üzbəüz müşahidə olunur.
Ukrayna Dövlət Sərhəd Xidməti izah edib ki, dekabrın 17-də səhər saatlarına olan məlumata görə, Polşa ilə sərhəddə üç istiqamət bağlı qalıb.
Bundan əvvəl “Ukrinform” agentliyi Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenkoya istinadən məlumat vermişdi ki, Macarıstan, Polşa, Rumıniya və Slovakiya ilə sərhəddə 4 minə yaxın yük maşını Ukraynaya daxil olmaq üçün gözləyib.
Polşa sərhədçilərinin verdiyi məlumata görə, blokadanın davam etdiyi marşrutlarda dekabrın 16-sı səhər saatlarına kimi 2,4 min yük maşını keçmək üçün gözləyir.
Lvov meri Andrey Sadovoy Polşa hakimiyyətini Ukrayna ilə sərhəddə nəzarət-buraxılış məntəqələrini bağlayan daşıyıcılarla bağlı vəziyyətə görə fəaliyyətsizliyini tənqid edib.
Politoloq daha əvvəl Ukrayna ilə Polşa arasında münaqişənin səbəbini açıqlamışdı.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR