Macarıstan Rusiya qazının öz ərazisindən tranziti üçün tarifin artırılması qərarını ləğv etməsə, Bolqarıstana Şengen zonasına daxil olmasına veto qoyacağı ilə bağlı xəbərdarlıq edib,
Oxu24.com xəbər verir ki,Macarıstanın xarici işlər naziri Peter Siyarto Pannon RTV telekanalına müsahibəsində bildirib.
“Əgər bu tədbir uzun müddət davam edərsə və Macarıstanın enerji təchizatının təhlükəsizliyini təhdid edərsə, biz onların Şengen zonasına üzvlüyünə veto qoyacağıq”, - deyə xarici işlər naziri bildirib.
O, Bolqarıstanın Şengenə qoşulması ilə bağlı qərarın yaxın vaxtlarda verilə biləcəyini və Sofiyanın daha əvvəl ölkə parlamenti tərəfindən qəbul edilmiş qaz tariflərinin artırılması haqqında qanunu ləğv etmək barədə düşündüyünü qeyd edib.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR