Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99460
az

Makron Putinlə dialoqu bərpa etməyə hazırdır

19:5815 Dekabr, 2023
167
DÜNYA
  • A

Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinlə dialoqu bərpa etməyə hazır olduğunu bildirib.

 

Oxu24.com   xəbər verir ki, o, bu barədə Aİ sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

 

“Prezident Putinin ciddi təklifləri olarsa və beynəlxalq hüquqa uyğun olaraq sülh yolu ilə həllə nail olacaq dialoqu bərpa etməyə hazırdırsa, Fransa həmişə dəstək verəcək və nəticə əldə etmək üçün səylərini əsirgəməyəcək güc olacaq. Telefon nömrəm dəyişməyib”,-deyə o bildirib.

 

Bir gün əvvəl Putin mətbuat konfransında Makronla münasibətindən danışıb.

 

O, Fransa tərəfinin buna maraq göstərəcəyi təqdirdə Rusiyanın Fransa ilə ən yüksək səviyyədə təmasları bərpa etməyə hazır olduğunu vurğulayıb.

 

O xatırladıb ki, Makronla həmişə yaxşı iş münasibəti olub və ölkə liderləri Fransa prezidenti təmasları dayandırana qədər beynəlxalq gündəmi müzakirə etmək üçün sakitcə bir-birlərinə gəliblər.

 

Bundan əvvəl Makron Zelenski ilə Ukraynanın Aİ-yə daxil olmasını müzakirə edib.

 

Müəllif: Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəisinin helikopterini azərbaycanlılar tapıb - VİDEO
Polşada Rusiyaya
ABŞ BCM-nin Netanyahunun həbsinə order verməsinə icazə verməyəcək