Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99450
az

Vəkillər Kollegiyası maarifləndirici sosial çarx hazırlayıb - VİDEO

17:4215 Dekabr, 2023
864
HÜQUQ
  • A

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) dövlət hesabına hüquqi yardımla bağlı maarifləndirici sosial çarx hazırlayıb.

 

Kollegiyadan Oxu24.com-a verilən məlumatda bildirilib ki, Azərbaycan Respublikasının Prezidentinin 26 iyul 2023-cü il tarixli Fərmanı ilə qüvvəyə minmiş Mülki Prosessual Məcəlləyə edilmiş dəyişikliyə əsasən, həmin Məcəllə ilə müəyyən edilmiş hallarda, vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxs maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququna malikdir.

 

“Lakin həmin kateqoriyadan olan şəxslərin əksəriyyəti qanunvericiliyə qeyd edilən dəyişikliklərdən məlumatsız olduğundan birinci və apellyasiya instansiya məhkəmələrində dövlət hesabına hüquqi yardımdan lazımi qaydada yararlanmırlar. Bunu görə də aztəminatlı şəxslərə dövlət tərəfindən göstərilən qayğının nəticəsi olaraq həmin təbəqədən olan şəxslərin hüquqi yardıma çatımlılığını və vətəndaş məmnunluğunu təmin etmək məqsədi ilə Vəkillər Kollegiyası tərəfindən Bakı şəhərində və regionlarda bir çox maarifləndirmə tədbirləri həyata keçirilir.

 

Eyni zamanda aztəminatlı şəxslərin dövlət hesabına hüquqi yardımla təmin edilməsi bir növ sosial yönümlü olduğundan Vəkillər Kollegiyası tərəfindən bununla bağlı maarifləndirici video çarx hazırlanıb”, - məlumatda qeyd edilib.

 

Həmin maarifləndirici sosial çarxı təqdim edirik:

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ali Məhkəmə mühüm məlumat yaydı
Qaydaları pozan vəkillər cəzalandırıldı
Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib

Yadplanetlilərlə görüşən kişi - "Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır"

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Quş qripi pandemiyası TƏHLÜKƏSİ -Bu ölkə 5 milyon doza peyvənd aldı
Rüfət Səfərov barəsində həbs qətimkan tədbiri seçilib