Oktyabrın 8-dən İsrail ordusu ilə toqquşmalarda həlak olan Hizbullah üzvlərinin sayı 104-ə yüksəlib.
Oxu24.com xəbər verir ki, Hizbullah Hərəkatı Livanın cənubunda sərhəd bölgəsində İsrail qüvvələri ilə toqquşmalarda daha bir üzvünün öldüyünü açıqlayıb.
Açıqlamada “Hizbullah üzvü Əhməd Həsən Mekahhalın Qüds yolunda həyatını itirdiyi” bildirilib.
Livan-İsrail sərhədində oktyabrın 8-dən bu yana davam edən qarşıdurmalarda öldürülən Hizbullah üzvlərinin sayı 104-ə yüksəlib.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR