Rusiya Prezidenti Vladimir Putindən birbaşa xətt Moskvada başlayıb.
Oxu24.com xəbər verir ki,birinci Kanalda “Vladimir Putinlə ilin nəticələri” verilişi yayımlanır.
Bundan əvvəl Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov ilin yekunlarını bir anda bütün sahələrdə yekunlaşdırmaq üçün mətbuat konfransı və Putinlə birbaşa xətti birləşdirməyə qərar verdiklərini bildirib.
Vətəndaşların və mətbuatın sualları növbə ilə dövlət başçısına veriləcək. Ümumilikdə dekabrın 13-nə prezidentə iki milyondan çox sual daxil olub.
Bu birbaşa xətt 2021-ci ildən bəri ilk, Vladimir Putinin prezidentliyi dövründə isə 20-ci olacaq. Birbaşa xəttə Birinci Kanalın aparıcıları, mətbuat konfransına isə prezidentin mətbuat katibi Peskov moderatorluq edəcək.
Müəllif: Miri
Oxu24.com
ŞƏRHLƏR