Konqo Demokratik Respublikasında Bukiringi kəndindəki məktəbdə ildırım 18 şagirdi vurub.
Oxu24.com xəbər verir ki,Bu barədə Eyewitness News (EWN) portalı məlumat yayıb.
Hadisə dekabrın 12-də Bukiringi kəndindəki məktəbdə baş verib, uşaqlar sinifdə təmizlik işləri görərkən onları qəfil ildırım vurub.Hadisə zamanı 18 şagirdi ildırım vurub.
Hadisə yerinə gələn həkimlər zərərçəkənlərə ilkin tibbi yardım göstəriblər.
Beş məktəblini xilas etmək mümkün olmayıb. Yerli hakimiyyət orqanları hadisəni təsdiqləyib və qeyd ediblər ki, ilkin məlumata görə, qurbanların sayı 5 nəfərdən 13 nəfərə qədər arta bilər.
Bundan əvvəl ildırım gəzinti cığırında qrupa rəhbərlik edən bələdçini vurmuşdu.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR