Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99395
az

Dollar bahalaşıb

21:1413 Dekabr, 2023
195
DÜNYA
  • A

Ukrayna Milli Bankı (MBU) tarixdə ilk dəfə dolların rəsmi məzənnəsini 37 qrivnadan yuxarı qaldırıb.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə RBC-Ukrayna agentliyi məlumat yayıb.

 

NBU-nun məlumatına görə, dekabrın 14-nə dolların məzənnəsi 37,02 qrivna, avro 39,92 qrivna səviyyəsində müəyyən edilib.

 

“Payızın əvvəlində valyutadəyişmə məntəqələrində bir dolların qeyri-rəsmi məzənnəsi 43 qrivnaya çatmışdı. Analitiklər proqnozlaşdırırlar ki, il ərzində orta məzənnə bir dollar üçün təxminən 40 qrivna olacaq”, - agentlik qeyd edib.

Oktyabrın 3-də Ukrayna tənzimləyicisi çevik qrivna məzənnəsinin tətbiqini elan edib. Eyni zamanda Milli Bank qrivnanın dollara nisbətdə rəsmi məzənnəsini qaldırıb. Bankın planlarına görə, o, yerli valyutanın məzənnəsini saxlamağa, “struktur valyuta kəsirini” kompensasiya etməyə və qrivnanın məzənnəsində əhəmiyyətli dalğalanmaların qarşısını almağa ümid edirdi. Amma artıq oktyabrın 5-də məlum olub ki, Ukrayna sakinləri qrivnanın çökməsindən ehtiyat edərək kütləvi şəkildə dollar almağa başlayıblar.

Həmin gün Ukraynanın keçmiş baş naziri Nikolay Azarov özünün Telegram kanalında Ukrayna banklarından birində valyuta mübadiləsi üçün elektron növbə üçün kuponun fotosunu yerləşdirib və orada “qarşınızda 345 nəfər var” yazılıb.

Bundan əvvəl Medvedçuk 2024-cü ildə Ukraynanı hansı problemlərin gözlədiyini demişdi.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran Prezidenti Moskvaya səfər edəcək

Putin yenə "Oreşnik"lə HƏDƏLƏDİ: "Lazım gələrsə..."
Rusiyada yeni metro açılacaq

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü