Kirbi: ABŞ oktyabrın 7-dən bəri İsrailə fosfor sursatları ötürməyib
Oxu24.com xəbər verir ki,Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi CNN telekanalının efirində bildirib ki, Fələstin-İsrail münaqişəsinin qızışması oktyabrın 7-də başlayandan bəri ABŞ İsrailə ağ fosforlu sursat ötürməyib, lakin onun istifadəsi ilə bağlı hesabatları öyrənir.
Bundan əvvəl “The Washington Post” İsrail ordusunun Livanı atəşə tutmaqda istifadə etdiyi ağ fosforlu sursatın ABŞ tərəfindən təmin edildiyini yazmışdı.
“Sizə əminliklə deyə bilərəm ki, biz 7 oktyabrdan bəri İsrailə ağ fosforlu sursat verməmişik” deyən Kirbi, Vaşinqtonun nə baş verdiyini hələ tam aydınlaşdırmadığını bildirib.
Dekabrın 11-də Kirbi bildirib ki, ABŞ İsrailin Livanda Amerika ağ fosforundan istifadə etdiyinə dair xəbərlərdən narahatdır.
Noyabrın sonunda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qəzzalı xəstələrdə ağ fosfordan heç bir yanıq tapmamışdı.
Papa Fransisk daha əvvəl demişdi ki, müdafiə sənayesi səbəbindən dünya müharibəyə qərq olub.
Müəllif:Miri
Oxu24.com
ŞƏRHLƏR