Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99364
az

Polis bir qrup şəxsi həbs etdi

10:5513 Dekabr, 2023
245
REDAKTORUN SEÇİMİ
  • A
Goranboyda oğurluq etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb. Oxu24.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan məlumat verilib. Bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cari ilin oktyabr ayında quldurluq etdiyinə görə saxlanılan Ümid Məmmədovun ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun digər bir cinayət əməli də aşkarlanıb. Araşdırmalar zamanı məlum oub ki, Ü.Məmmədov 2019-cu ilin oktyabr ayında digər həmyerliləri İftixar Qurbanov və Vüsal İsgəndərli ilə cinayət əlaqəsinə girərək rayonun Qızılhacılı qəsəbə sakininin evinə qeyri-qanuni yolla daxil olaraq oradan içərisində 6450 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi və təhlükəsizilik kamerasının yaddaş qurğusunu oğurlayıb. Dindirilmə zamanı şübhəli şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər, faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir. Nigar Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Makron Ermənistana səfər edəcək
Çaydan meyiti tapılan qız kimdir?
Zelenski öldürülə bilər - ŞOK

Almaniyada qədim slavyanların qeyri-adi dəfn yeri tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Xaçmazda avtomobillər toqquşdu: xəsarət alanlar var