Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99360
az

Prokurorluq cinayət işi başladı

10:2913 Dekabr, 2023
274
REDAKTORUN SEÇİMİ
  • A
Dekabrın 12-si saat 20 radələrində Abşeron rayonu ərazisində 1994-cü il təvəllüdlü Arzu Rəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə “Oxu24.com-”a Abşeron rayon prokurorluğundan bildirilib. Araşdırmalarla 1961-ci il təvəllüdlü Eynulla Quliyevin rayonun Fatmayı kəndi ərazisində kəsici-deşici alətlə Arzu Rəhimovaya xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Eynulla Quliyev iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir. Xatırladaq ki, dekabrın 12-də saat 20 radələrində Abşeron rayonu Fatmayı kəndində 1994-cü il təvəllüdlü Rəhimova Arzu Hacıağa qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı həbsxanasında ölənlər kimlərdir?— ADLAR
İmişlidə saxlanılan 14 nəfər barədə XƏBƏR VAR
İranda təhlükəli vəziyyət: Anbarlar yanır