Sinoptiklər ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Metbuat.az-a verilən məlumata görə, fevralın 15-dən 16-na keçən gecədən başlayaraq 17-si səhərədək Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir saniyədə 15-20 metrədək güclənəcək.
Xəbərdarlığa görə, fevralın 14-ü axşamdan 17-si gündüzədək respublikanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Yağıntının bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir saniyədə 18-23 metrədək güclənəcək. Oxu24.com
ŞƏRHLƏR