Böyük Britaniya Müdafiə Nazirliyinin rəhbəri Qrant Şapps bildirib ki, London Ukrayna Hərbi Dəniz Qüvvələrinin imkanlarını genişləndirmək üçün Kiyevə hərbi texnikanın yeni partiyasını təhvil verəcək.
Oxu24.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Onun sözlərinə görə, Böyük Britaniya Ukrayna tərəfinə sürətli yerləşdirmə funksiyasına malik 23 amfibiya kateri və 20 “Vikinq” amfibiya zirehli texnikası verəcək.
Bundan əvvəl Britaniya Müdafiə Nazirliyi bu ölkənin Norveçlə birlikdə dənizdə Ukraynaya dəstək verən silahlı koalisiyaya rəhbərlik edəcəyini açıqlamışdı.
Daha əvvəl bildirilmişdi ki, London Qara dənizdə “təhlükəsizliyi artırmaq” üçün Kiyevə iki “Sandown” sinifli minaaxtaran gəmi vermək niyyətindədir.
Sənəddə qeyd olunur ki, Kiyev Böyük Britaniyanın İxrac Kredit Agentliyinin köməyi ilə minaaxtaran gəmilər alacaq.
Bundan əlavə, Britaniya və Norveç Kiyevə dəniz yardımı göstərmək istəyən dövlətlərin daxil olacağı yeni dəniz koalisiyası yaradacaqlar.
Bundan əvvəl Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron bildirib ki, Böyük Britaniya Ukraynaya həm kəmiyyət, həm də keyfiyyət baxımından “ən yaxşı” hərbi yardımı göstərməyə davam edəcək.
Baydenin müşaviri daha əvvəl ABŞ-ın Ukraynaya silah tədarükünü nə vaxt dayandıracağını bildirmişdi.
Müəllif: Miri
Oxu24.com
ŞƏRHLƏR