Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99309
az

Bu gün Şəhid  Sadiq Əsgərovun doğum günüdür

10:1012 Dekabr, 2023
630
ÖZƏL BÖLÜM
  • A

Bu gün Şəhid  Sadiq Əsgərovun doğum günüdür.

 

Oxu24.com  xatırladır  ki, Sadiq Əsgərov 12 dekabr 1996-cı ildə Yevlax rayonunun Nemətabad kəndində anadan olub.

2003-2014-cü illərdə Yevlax rayon Nemətabad kənd tam orta məktəbində təhsil alıb.


Sadiq Əsgərov 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. 2020-ci ilin avqustundan eyni hərbi birləşmədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi.

Azərbaycan Ordusunun əsgəri olan Sadiq Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində mexanik-sürücü kimi iştirak edib.

Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Sadiq Əsgərov 29 sentyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Əsgərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sadiq Əsgərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yeni alınan hərbi təyyarələr haqda ilginc faktlar: Bir ədədin qiyməti… – VİDEO
Gəncədən dəhşətli xəbər gəldi:İlhamə Hüseynova öldürüldü
Döyüşlərdə qurulan 106 yaşlı ordu - TƏHLİL

90% kişilərin şəhadət barmağında görünən çapığın sirri -Ajiotajın səbəbi tapıldı

18+

Hadisənin 18+ görüntüləri yayıldı
Çimərliyə raket düşdü - DƏHŞƏTLİ VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Corabınızın içərisinə soda tökün və geyinin - Görün,hansı xəstəliyi müalicə edirmiş
Kralın atı qadını ölümcül etdi