Ukrayna kəşfiyyatı ötən həftə sığındığı Rusiyanın paytaxtı Moskvada sui-qəsd nəticəsində öldürülən Ukraynanın keçmiş deputatı İlya Kyvanın son görüntülərini yayıb.
Oxu24.com xarici mediaya istinadən xəbər verir ki,gəzintiyə çıxarkən öldürülən Kyvanın hadisə yerində çəkilən görüntülərdə onun cansız bədəni qarda uzandığı və sui-qəsddə istifadə edilən silahların ağaca asıldığı görülüb.
46 yaşlı Kyva ötən həftə Moskva yaxınlığında güllələnib.
Ukrayna Təhlükəsizlik Xidməti açıqlayıb ki, görüntülər və kadrlar qəsdən Vladimir Putinin işğalçı qüvvələri ilə əməkdaşlıq edən digər ukraynalılara xəbərdarlıq kimi dərc edilib.
Ukraynalı mənbə mediaya deyib: "Bu, düşmənin tərəfinə keçən bütün satqınlara və hərbi cinayətkarlara bir siqnaldır. Unutmayın, Rusiya sizi xilas edə bilməz. Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyukun bir qədər əvvəl dediyi kimi, Ukraynaya xəyanət edənin sonu ölümdür."
Müəllif: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR