İsveç hökuməti Ukraynaya 134 milyon dollar məbləğində yeni yardım paketi elan etmək niyyətindədir.
Oxu24.com xəbər verir ki,Bu barədə baş nazir Ulf Kristersson və beynəlxalq əməkdaşlıq naziri Yohan Forssel brifinqdə bildiriblər.
“Bu, İsveçin Ukraynaya ikitərəfli yardımı çərçivəsində ən böyük dəstəkdir”, - Kristersson aydınlıq gətirib.
Vəsaitlər ümumi xarici yardım büdcəsindən ayrılacaq. O cümlədən 86 milyon dollar Dünya Bankı tərəfindən Ukraynada əsas infrastrukturun dəstəklənməsi üçün yaradılmış fonda.
Daha 28,7 milyon dollar Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən yaradılmış Kiyev üçün Ətraf Mühit və Enerji Fonduna köçürüləcək.
Bundan əlavə, BMT-nin ərzaq proqramlarına 9,6 milyon dollar, məktəblərdə və uşaq bağçalarında sığınacaqların tikintisi üçün 7,2 milyon dollar YUNESKO-ya ayrılacaq, 2,4 milyon dollar isə mülki müdafiə və fövqəladə hallar idarələri vasitəsilə bölüşdürüləcək.
Dekabrın 11-də Avropa Parlamenti Ukraynanın Aİ-yə qəbulunu saat bombası adlandırıb.
Bundan əvvəl Borrell bildirib ki, Ukraynaya hərbi yardımdan imtina etmək sülhə gətirib çıxarmayacaq.
Müəllif: Miri
Oxu24.com
ŞƏRHLƏR