Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99270
az

Bakıda “Quintessenz Azərbaycan II Konfrans”ı keçiriləcək

15:2911 Dekabr, 2023
322
CƏMİYYƏT
  • A

Dekabrın 16-sı “Ritz-Carlton” hoteldə “Quintessenz Azərbaycan II Konfrans”ı keçiriləcək. Konfransda “İmplantologiya və ortopediya məqalələri” kitabının təqdimatı olacaq. Elm adamları, həkimlər məqalələrin təhlilini aparacaqlar.
“Quintessenz” dünyanın ən böyük stomatoloji nəşriyyatı kimi tanınır. Bakıda keçiriləcək bu möhtəşəm tədbirin əsas mahiyyətlərindən biri isə Azərbaycanda stomatologiya və dental implantologiya sektorunun inkişafına qatqı verməkdir.

Konfransa xarici lektorlardan Avropa Periodontologiya Federasiyasının (EFP) icraiyyə komitəsinin üzvü və seminar komitəsinin sədri Professor Dr. Mariano Sanz da qatılacaq. Onun konfrans iştirakçıları üçün “Diş çəkimi zamanı qərarın verilməsi - diş yuvası qoruma texnikası, yoxsa dərhal implantasiya” mövzusunda təqdimatı olacaq.

Bundan başqa, tədbirdə dəyərli lektor Azərbaycan Parodontologiya Cəmiyyətinin Prezidenti, Parodontoloq Cavid Əhmədbəylinin “Peri-İmplant Xəstəliklərinin profilaktikası və Müalicəsi” mövzusunda təqdimatı olacaq.

Həmçinin, konfransda digər dəyərli lektor Dr. Samir Kərimov da “Rəqəmsal Stomatologiyanın aspektləri” mövzusunda təqdimat keçirəcək.

Dr. Aslan Məmmədo v isə “Estetik bölgədə implantasiya” mövzusundə öz dəyərli biliklərini həmkarları ilə bölüşəcək.

Qeyd edək ki, “Quintessenz”də yüzlərlə kitab, onlarla beynəlxalq jurnal 30-a yaxın ölkədə fərqli dillərə tərcümə olunaraq yayılıb.

2012-ci ildən etibarən implantoloq ağız cərrahı Dr. Emil İmanov “Quintessenz” nəşriyyatının Azərbaycan bölməsinin əsasını qoyaraq ona rəhbərlik edir.

Bu günə qədər bir neçə elmi-praktik jurnal Azərbaycan dilinə tərcümə olunub. Bununla yanaşı, 2022-ci ilin dekabr ayında “İmplantologiya” adlı illik məqalələr kitabı nəşr olunub və bu kitabda dünyada “Quintessenz”in fərqli jurnallardan olan seçmə məqalələri götürülərək Azərbaycan dilinə tərcümə edilib.

Bu fəaliyyətin əsas mahiyyəti Azərbaycanda elmi məqalələrin oxunmasına marağın artırılması, elmi məqalələrin yayımlanmasına olan təşəbbüslərin genişlənməsidir.

Ətraflı məlumat və qeydiyyat üçün:
+994102220997 Gülnar Həsənova

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
Sabah 4 rayonda qaz olmayacaq
37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO