Bazar günü, dekabrın 10-da axşam saatlarında Ukraynanın Odessa vilayətində partlayış səsləri eşidilib, bölgədə hava hücumundan müdafiə sistemi işə salınıb.
Oxu24.com xəbər verir ki,bu barədə Ukraynanın “Public” nəşri məlumat yayıb.
Ətraflı məlumat verilməyib.
Yerli hakimiyyət orqanları hələlik vəziyyətlə bağlı açıqlama verməyib.
Hazırda Kirovoqrad, Nikolayev və Odessa vilayətlərində hava hücumu xəbərdarlığı elan edilib.
Dekabrın 10-da məlum olub ki, Ukrayna hakimiyyətinin nəzarətində olan Xerson şəhərində partlayışlar baş verib.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR