ABŞ gəmilərini və şəxsi heyətini Ənsar Allah hərəkatının husilərin hücumlarından qorumaq üçün bütün lazımi tədbirləri görməyə hazırdır.
Oxu24.com xəbər verir ki,Bunu ABŞ dövlət katibi Entoni Blinken ABC televiziyasına müsahibəsində deyib.
“Biz artıq formalaşdırdığımız qrupu bir araya gətirir, gəmiçiliyi qorumaq üçün onu gücləndirməyə çalışırıq. Husiləri və onların səylərini maliyyələşdirmək istəyənlərə qarşı sanksiyalar da daxil olmaqla, bu həftə də tədbirlər gördük və şəxsi heyətimizi, xalqımızı və gəmiçiliyi qorumaq üçün tələb olunan hər hansı digər hərəkətləri müzakirə edəcəyik",-deyə o bildirib.
Blinken əlavə edib ki, husilərin Qırmızı dənizdəki gəmilərə hücumları “təkcə İsrail üçün deyil, təkcə ABŞ üçün deyil, onlarla ölkə üçün təhlükə yaradır”.
Daha əvvəl Bloomberg mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ Qırmızı dənizdə hücumların artması fonunda Yəmən husilərinə qarşı hərbi əməliyyatlar barədə Körfəz ölkələri ilə danışıqlar aparır.
Nəşrin yazdığına görə, danışıqlar hələ ilkin mərhələdədir, ABŞ və tərəfdaşlar məsələnin diplomatik həllinə üstünlük verirlər.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR