Yaxın bir neçə ildə Rumıniyanın bütün qonşuları NATO-ya üzv olacaqlar, alyansın baş katibinin müavini Mirça Coana bildirib.
Oxu24.com xəbər verir ki,onun sözlərinə görə, bu yolla ölkə Avropanın periferiyasını tərk edəcək.
"Düşünürəm ki, Rumıniyanın nəhayət ki, Avropanın periferiyasından uzaqlaşaraq Avropanın mərkəzinə çevrilmək üçün bir yolu var. Yaxın illərdə Ukrayna, Moldova, Gürcüstan və Balkanlar - Rumıniyanın bütün qonşuları - Avropa ailəsinin bir hissəsi olacaqlar. Rumıniya artıq Qərbin şərq sərhədi olmayacaq.",- deyə o
O qeyd edib ki, bu çətin, lakin dönməz proses olacaq.
Coan həmçinin hesab edir ki, Ukraynadakı silahlı münaqişə regiondakı geosiyasi dəyişikliklərə güclü təsir göstərir.
Müəlif: Nigar
Oxu24.com
ŞƏRHLƏR