Ermənistanın hüquq-mühafizə orqanları iki rusiyalını xuliqanlıq ittihamı ilə saxlayıb,
Oxu24.com xəbər verir ki,bu barədə Ermənistan Respublikanın İstintaq Komitəsi Facebook-da məlumat yayıb.
Müstəntiqlərin bildirdiyinə görə, İrəvandakı ruslar fast food satış məntəqəsinin əmlakını sındırıb, işçinin üstünə meyvə atıb, gül dükanına gülləri səpərək tapdalayıblar.
“Dekabrın 9-da İrəvanın Kentron və Nork-Maraş rayonları üzrə İstintaq Komitəsinin istintaq şöbəsində “Bir qrup şəxs tərəfindən törədilmiş xuliqanlıq” maddəsi ilə cinayət işi başlanıb”, - deyə hüquq-mühafizə orqanı məlumat yayıb.
Həmin şəxslərin həmin gün saxlanıldığını da qeyd ediblər.
Mətbuat xidməti yalnız rusların baş hərflərini göstərib (K.A. və Yu.M), lakin KİV-in məlumatına görə, söhbət Yuliya Finess təxəllüsü ilə bloggerdən gedir.
Hüquq-mühafizə orqanı onu da bildirib ki, saxlanılanlardan biri əvvəllər onun İrəvandakı evinə naməlum maskalı şəxslərin necə soxularaq girdiyini danışıb.
Bundan əvvəl Moskva yaxınlığındakı Odintsovo sakinləri şikayət ediblər ki, evlərin birində uşaq yuxarı mərtəbələrdən müxtəlif əşyalar atıb və bütün həyəti qorxudur.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR