Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb.
Oxu24.com-un məlumatına görə, hadisə rayonun Birinci Udullu kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili evə qayıdan kənd sakini, 2005-ci il təvəllüdlü Xosiyev Pünhan Ehtiram oğlunu vurub.
Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada xəstəxanaya çatdırılarkən yolda keçinib.
Onu vuran sürücünün həmkəndlisi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR